Bakı sakinini aldadaraq 43 min dollarını alan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Oxu24.com-a verilən məlumata görə, “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43.000 ABŞ dollarının alındığını bildirib.
Müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.
Günün digər xəbərləri: Dəhşətli anlar:Qadın sükan arxasında yatdı, qorxunc qəza törətdi-18+VİDEOBakıda əməliyyat: İnsanların başına oyun açan qadın tutulduAlimlər qəzaya uğrayan UNO-dan tapılan yadplanetli meyitini yardılar - Şok görüntülər
Qəbirə kamera qoydular: Gördüklərindən şoka düşdülər- 18+ VİDEO
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR