Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15200
az

Cəriməni ödəməyən sürücülərə BƏD XƏBƏR

18:0003 İyul, 2019
1383
HÜQUQ
  • A
 
Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb.

Oxu24.com  avtosfer.az-a istinadən xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmələrə, eləcə də sürücülərin özlərinə bildiriş və müraciətlər göndərilir.

Bu müraciətlərin mahiyyəti təyin olunmuş cərimələrini vaxtında ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması, eləcə də nəqliyyat vasitələrinin saxlanılması barədədir.

Belə ki DYP-nin rayon şöbələri ərazi üzrə qeydiyyatda olan sürücülər barəsində məlumatları araşdırır, iki ay ərzində cəriməni ödəməyən sürücülər barəsində avtomobilin saxlanılması qərarı çıxarılır.


Bununla bağlı onlara bildiriş göndərilir.

Digər tərəfdən cəriməni 3 ay və daha artıq vaxt ərzində ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmələrə müraciətlər olunur.

Artıq son bir neçə gündə yüzlərlə sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması qərarı çıxarılıb.

Həmçinin xeyli sayda nəqliyyat vasitələrinin saxlanılması barədə bildiriş göndərilməklə qərar qəbul olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...