Alman entomoloqlar canlıların kütləvi tələfatına dair faktlar tapıblar.
Oxu24.com Ölkə.az-a istinadən xəbər verir ki, bu, dinozavrların ölümündən sonra ən böyük ekoloji fəlakət ola bilər.
Alimlərin sözlərinə əsasən, canlı aləmin üçdə ikisini təşkil edən həşəratlar sürətlə məhv olacaqlar. Bu isə qida zənciri və ekosistem üçün faciələrlə nəticələnəcək. Alimlər Reyn sahillərindəki ərazilərdə tələlərin vasitəsilə tutulub və 80 milyon buğumayaq nümunəsi nəzərdən keçirilib.
Məlum olub ki, 1994-cü ildən aparılan müşahidədə həşəratların bio kütləsi 76 faizə düşüb. Buğumayaqlar quşlar üçün qida mənbəyidir. Alimlər bildirirlər ki, Qərbi Avropa tezliklə "çıxılmaz nöqtə"yə çatacaq və buna səbəb də bio müxtəlifliyin kritik azalması olacaq. Bundan sonra isə eko sistemi əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq.
Oxu24.com
ŞƏRHLƏR