Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15120
az

Putinlə Salmanın anlaşması neft bazarını “silkələdi”

19:0001 İyul, 2019
454
CƏMİYYƏT
  • A
 OPEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib.
Oxu24.com Qərb mənbələrinə istinadən xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barrelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barrelə görə 60,20 dollara çatıb. Bu, son beş həftə ərzində ən yüksək göstəricilərdir.

Neft ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki, 2019-cu ilin sonuna kimi neft ixracatının ixtisarını davam etdirmək niyyətindədirlər. Dünən aparıcı neft istehsalçıları qiymətin qaxlmasına yönəlmiş siyasəti bəyəndiklərini bildiriblər.

OPEC, Rusiya və digər istehsalçılar bu gün və sabah görüşlər keçirərək, ixracatın azalmasını müzakirə edəcəklər. Sözügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və ABŞ-da istehsal həcmlərinin artması fonunda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ilə 6-9 aylıq mövcud hasilat səviyyəsini sutkada 1,2 milyon barrel ixtisar etmək barədə razılığa gəlib.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara ehtiyac yoxdur.

Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord həcmə – 12,16 milyon barrelə çatıb. Bu məlumatı ABŞ energetik informasiya idarəsi verib.

Bununla yanaşı, maliyyə bazarları ABŞ-çin münasibətlərinin nisbətən istiləşməsinə reaksiya veriblər – iki ölkənin liderləri ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Azərbaycanın Milli Qəhrəmanını belə dəyərləndirdi
2024-cü ildə ən yüksək temperatur bu rayonda qeydə alınıb
Kəskin soyuyan havalar kimlər üçün təhlükəlidir?

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı