Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi vaş verib.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, Başakşəhərdə lüks villada yaşayan iş adamı Turqay Cantaş həyat yoldaşını qətlə yetirib.
Ardınca isə intihar edib.
Hadisə bu gün səhər saat 08.30-da baş verib. Cütlük əvvəlcə mübahisə edib. Mübahisə böyüyüb və davaya çevrilib. Ardınca isə iş adamı əvvəl həyat yoldaşına, sonra isə özünə ov tüfəngi ilə atəş açıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Oxu24.com
ŞƏRHLƏR