Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15104
az

Putin təlimat verdi: 1300 əsgər göndərildi, helikopter və PUA-lar havaya qalxdı

15:0001 İyul, 2019
784
DÜNYA
  • A
 
Rusiyanın İrkutsk bölgəsində sel fəlakəti baş verib.

Publika.az xəbər verir ki, aon günlərdə Sibirdə başlayan kəskin yağışlar Tulun çayında daşqınlara səbəb olub.

Təbiət hadisəsi 7 nəfərin həyatına son qoyub. Aralarında uşaqların da olduğu 9 nəfər itkin düşüb. 153 nəfər yaralanıb. Çox sayda ev suyun altında qalıb.

Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə bölgəyə 1300-dən çox əsgər göndərilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb. Açıqlamaya görə, əsgərlər sel fəlakətinin yaratdığı fəsadların aradan qaldırılması, bioloji vəziyyətə nəzarət və yaralıların təxliyəsi üçün xalqa yardım edəcək. Bundan başqa, İrkutska 300 avtomobil, 1 ədəd An-12 təyyarəsi, və 2 ədəd Mi-8 helikopteri göndərəcək. Selin təsirlərinin izlənməsi üçün pilotsuz uçuş aparatları da göndəriləcək.

Bölgədəki yağışların bir neçə gün də şiddətli şəkildə davam edəcəyi gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan geri çəkildi: Bunu etməyə cəsarəti çatmadı
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi
Makron gəncləri orduya çağırdı: Fransada nə baş verir?

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi