Qubada dəhşətli cinayət hadisəsinin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, Quba rayon sakini Bəhram Cəfərov polis bölməsinə gələrək Qəçrəş kəndi ərazisində Səxavət Hüseynovu bıçaqlayaraq öldürdüyünü deyib. Hadisə 2018-ci ilin oktyabrında baş versə də, hadisənin şok təfərrüatı üzə çıxıb. Məlum olub ki, Bəhram Cəfərov meşəlik ərazisində həmkəndlisi Səxavət Hüseynovu bıçaqlasa da, o ölməyib. Xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.
hadisənin şok təfərrüatı da məlum olub. Belə ki, istintaq zamanı məlum olub ki, Bəhram Cəfərovla Səxavət Hüseynov kafedə yeyib-içiblər. Sərxoş olan tərəflər intim söhbət zamanı cinayətə səbəb olan ifadələrdən istifadə edib. Bıçaqlanan şəxs Səxavət Hüseynov yeyib-içdiyi həmkəndlisi Bəhram Cəfərova onun arvadını sevdiyini və illər əvvəl qızın valideynlərinin ona vermədiyini deyib. Bu ifadədən qəzəblənən Bəhram Cəfərov ona söhbəti dəyişməsini tələb edib. Tərəflər qısa mübahisədən sonra yollarına davam edib. Bir müddət sonra Səxavət Hüseynov yenidən onun həyat yoldaşı Sevinci sevdiyini və əvvəllər onun arvadının başqa kişidə ərə olduğunu deyib. Bundan qəzəblənən Bəhram Səxavəti yemək-içmək adı ilə kafeyə aparıb. orada yeyib-içdikdən sonra meşəlik ərazidən keçərkən cibindəki bıçaqla onu vurub. Həmkəndlisinin öldüyünü zənn edən Bəhrəm ərazidən qaçıb. Yoldan keçən şəxs təsadüfən onu yaralı halda taparaq xəstəxanaya aparıb. Hadisənin təfərrüatı ilə bağlı ətraflı vidoenu təqdim edirik: Videonu 8:34-cü dəqiqədən izləyə bilərsiniz.
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR