Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1509
az

Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim edib

09:4608 May, 2018
1330
İQTİSADİYYAT
  • A
Kapital Bank Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim edib.

Oxu24.com  xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak edirdi.
“Ötən ilin sonunda Kapital Bank-ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqləndi. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarı verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq. Bu hün təqdim edilən bu yenilik də rəqəmsal bankçılığa keçidin bariz nümunəsidir”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov bildirib.
Qeyd edək ki, "Mobil elektron imza" layihəsi çərçivəsində Kapital Bank-ın müştəriləri qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcəklər. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı