Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15069
az

Putinin zəhərlənmək qorxusu: G-20 sammitinə də öz termos-fincanıyla gəldi – Video

16:0529 İyun, 2019
859
  • A
 

Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitində Rusiya prezidenti Vladimir Putin diqqət mərkəzinə düşüb. Daha çox xarici liderlərin şərəfinə təşkil olunan şam yeməyinə öz termos-fincanıyla gəlişiylə…

Bizimyol.info xəbər verir ki, Putin yemək vaxtı masadakı ümumi qab-qaşıqdan istifadə etməyib. Rusiya nümayəndə heyətinin üzvləri ona termos-fincanını gətiriblər. O, çayı həmin fincandan içib.

Qərb mediasını Putinin öz fincanıyla şəkilləri bəzəyib. Orada hesab edirlər ki, Rusiya prezidenti zəhərlənməkdən qorxduğuna görə bu cür davranıb.

Putinin mətbuat katibi Dmitri Peskov isə bunu təkzib edir. Deyir ki, prezident həmişə bu termos-fincandan istifadə edir. Çünki o, içkini isti saxlayır.



Putin şam yeməyində spirtli içki qəbul etməyib. O, termos-fincanını ABŞ prezidenti Donald Trampın şərab dolu qədəhi ilə toqquşduraqla maraqlı görüntü yaradıb.

Putin ilk dəfə özünün həmin ağ fincanı ilə media qarşısına 2014-cü ildə mıtbuat konfransında çıxıb.

Məlumata görə, həmin termos-fincan şəxsən Putin üçün sifariş verilərək hazırlanıb. Hətta ezamiyyətlər zamanı, özünün iş kabinetində də onun həmin fincandan istifadə etdiyi bildirilir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dərslər dayandırılır
Türkiyə ordusu 5 PKK-çını məhv etdi
Latviya Parlamentinin sədri Azərbaycana gəldi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı