Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

04 May 2024
Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski
03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
BÜTÜN XƏBƏRLƏR
14976
az

Qarabağ uğrunda şəhid olan 3 milli qəhrəmanın doğum günüdür

10:3927 İyun, 2019
1146
QARABAĞ
  • A
 
Bu gün Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan 3 milli qəhrəman - Yavər Əliyev, Malik Əsədov, Ruslan Muradovun doğum günüdür.

Oxu24.com  milli qəhrəmanlar haqqında məlumatı təqdim edir.

27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 №-li tam orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub. Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görüb. Bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il 29 fevralda Yavərin sonuncu uçuşu olub.


Hazırda onun iki övladı atasının peşə yolunu davam etdirir. Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb və Milli Aviasiya Akademiyası onun adını daşıyır.

27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılıb. Hərbi xidməti Qazaxıstanda başa vurub. Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam və Şuşada döyüşüb. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilərkəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetiriblər.


Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Yevlax rayonunun Havarlı kəndində dəfn edilib. Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulub.


27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulub. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olub. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilib. Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girib. Kənd erməni işğalçılarından azad edilib. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü. Yaralıları xilas etmək üçün aparılan əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi. Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Mingəçevir şəhərindəki 15 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil