Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.
Oxu24.com xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.
Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.
Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib.
İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.
Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.
Oxu24.com
ŞƏRHLƏR