Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14969
az

Hacı Əliyev: İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm

22:3726 İyun, 2019
1206
İDMAN
  • A
"Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim".

 

Oxu24.com xəbər verir ki, bunu "Report"a müsahibəsində sərbəst güləş üzrə Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

 

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu "Minsk 2019"da finala yüksəlməsini şərh edib. O, bildirib ki, hər görüşün öz çətinliyi var: "Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. Səhərdən ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacağını düşünürdüm. Bunu düşünə-düşünə ona qalib gəldim".

 

Əliyev artıq qarşıdakı final oyunlarını düşündüyünü əlavə edib: "Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə qalib gəlim"

 

Titullu pəhləvan finala yüksəlməsini Azərbaycanın Silahlı Qüvvələrinə həsr etdiyini də deyib: "Çalışıram ki, rəqiblərimə xal verməyim. Əksinə, özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar. Bu gün gözəl gündür, Silahlı Qüvvələri günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm".

 

Qeyd edək ki, ilk qarşılaşmasında ermənistanlı Valodya Franqulyana qalib gələn Hacı Əliyev ardınca belaruslu Georgi Koliyev və ukraynalı Hor Ohanesyandan da güclü olub. O, finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazir Ülviyyəni qəbul etdi
Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı