"Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) şairə Nazilə Səfərlini İnstagram-da "qara siyahı"ya atıb.
Oxu24.com xəbər verir ki, səbəb ötən gün şəhərin məşhur məkanlarının birində baş tutan toy məclisində Nazilənin əməkdar artist Röya ilə rəqs videosu olub. Belə ki, Tolikin sözügedən videoya yazdığı şərhi Nazilə silib. Hər şey də bundan sonra başlayıb.
Tolik şairənin həmin videosunu öz hesabından da paylaşaraq onu "xain" adlandırıb.
Aparıcı bununla da kifayətlənməyib. Tolik aparıcısı olduğu proqramda efir vasitəsi ilə Naziləyə bunları deyib:
"Nazilə Səfərli, buradan cavabını verirəm. İnsan gərək xain xoflu olmasın. Mənim şərhimi videonun altından silmək olmaz. Sildin, mən də sənin videonu öz səhifəmdə paylaşdım". (Milli.az)
Oxu24.com
ŞƏRHLƏR