Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14845
az

Yüksək bal toplayan abituriyentlərin seçmədiyi universitetlər – Siyahı

10:0623 İyun, 2019
1108
CƏMİYYƏT
  • A
 Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetləri dövlət vəsaiti hesabına təhsil almaq üçün, müvafiq olaraq, 785, 700, 310, 1170 və 1755 nəfər tələbə qəbul etmək imkanına malik olub. 2018-ci ildəki qəbul müsabiqəsi bu ali təhsil müəssisələrinin yüksək hazırlıqlı abituriyentlər arasında çox zəif nüfuza malik olduğunu göstərib.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Abituriyentlər Azərbaycan Texnologiya Universitetinin digər ali təhsil müəssisələri ilə birgə müsabiqəsi üçün ayrılan 784 dövlət sifarişli yerdən yalnız 15-nin (1.91%), Mingəçevir Dövlət Universiteti üçün ayrılan 700 dövlət sifarişli yerdən yalnız 44-nün (6.29%), Naxçıvan Müəllimlər İnstitutu üçün ayrılan 310 yerdən yalnız 19-nu (6.13%), Lənkəran Dövlət Universiteti üçün ayrılan 1169 yerdən yalnız 89-nu (7.61%), Sumqayıt Dövlət Universitetinə isə ayrılan 1755 yerdən yalnız 47-ni (2.68%) seçiblər.

Dövlət sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində 11 özəl ali təhsil müəssisəsi iştirak edib. Onların hamısı birlikdə müxtəlif ixtisaslar üzrə dövlət büdcəsinin vəsaiti hesabına 5765 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərin əksəriyyəti digər ali təhsil müəssisələrinin (dövlət və özəl) də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Bütövlükdə götürdükdə, dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan cəmi 299 nəfər abituriyent təhsilini özəl ali təhsil müəssisələrində davam etdirmək istədiyini bildirib.

299 qalibdən 219 nəfəri isə Xəzər Universitetini seçib. Beləliklə, abituriyentlər öz ixtisas seçimləri ilə bu özəl ali təhsil müəssisəsinə böyük inam göstərdiklərini nümayiş etdiriblər. Müsabiqə Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının orta və yüksək hazırlıqlı abituriyentlər arasında nüfuza malik olmadığını üzə çıxarıb. Dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan heç bir abituriyent bu təhsil müəssisələrində təhsil almaq istəyib.

Paylaş: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI
Reabilitasiya mərkəzinə yerləşdirilən Ağakərimin vəziyyəti AÇIQLANDI - FOTO

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı