Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14833
az

Azərbaycanda 1000 yaşlı ağac: Ona qorxudan heç kim yaxın düşmür

17:5422 İyun, 2019
1020
CƏMİYYƏT
  • A
 Hündürlüyü 50, gövdəsinin diametri isə 25 metrdən artıqdır...

Oxu24.com Xəzər TV-yə istinadən bildirir ki, yaşının min ildən çox olduğu güman edilən bu ağac ətraf kəndlərdən də görünür. Tovuz rayonu Qovlar şəhərində - Nizami küçəsində olan bu xan çinarın əsas gövdəsindən əlavə 8 gövdəsi var. Bu gövdələrdən 16 əsas budaq şaxələnir. Kökü 150, budaqları isə 50 metr ətrafa yayılır. Bu ağaca həm də "bal ağac" və "müqəddəs ağac" da deyilir.

Xan çinar müxtəlif dövrlərdə bu kəndin müdafiəsində də mühüm əhəmiyyət kəsb edib. Bu ağacın quruyub düşən budaqlarına belə sakinlər əl vurmurlar. Sakinlər deyirlər ki, Xan çinarın yaşının yüz illərlə ölçülməsi elmi tədqiqatlarla da sübuta yetirilib.

Hazırda öz əzəməti ilə göylərə ucalan çinarın ətrafına hasar çəkilib, əraziyə xüsusi giriş qapısı qoyulub. Xan çinar Azərbaycan Dövlət Qoruğunun nadir ağaclar kitabına da salınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO