Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1482
az

Sabirabaddakı faciə ilə bağlı icra başçısından AÇIQLAMA

15:0107 May, 2018
1278
KRİMİNAL
  • A
 Sabirabadın Şəhriyar kəndində qəza nəticəsində ölənlərlə bağlı məlumat vermişdik.

Hadisə ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Bizim Yol-a açıqlama verib. O hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunduğunu bildirib.

“Hadisənin səbəbi bəllidir. Bunlar öz torpaqlarını becərmək üçün torpaq sahələrinə gedirmişlər. Bir ailənin üzvləridir. Traktorun lapedində gediblər. Kanalın qırağında lapedin şkulkası çıxıb, aşıb çaya, bu adamlar da kanalın içində lapedin altında qalıblar boğulublar. Laped bunların üstünə aşıb. Hadisə törədən İmanov Əjdər Xudaverdi oğlu rəhmətə gedən İmanova Məlahətin həyat  yoldaşıdır. Biri də qaynı arvadı. O birilər bunun qızıdı.”

“Yəni hadisə qəfildən baş verib. Sürücünün ailəsidir. Hazırda araşdırma gedir. Həmi vaxtı İmanov Əjdərin oğlu, İmanov Xalid də hadisə yerində olub, amma sürən Əjdər olub. Araşdırılacaq və günahkar kimdirsə cəzalarını alacaqlar. Mən də hazırda burda, hüzür yerindəyəm. Dəfn mərasiminin bütün xərclərini İcra hakimiyyəti qarşılayacaq.” – Deyə rayon icra başçısı Nazim İsmayılov bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı
Xaçmazda evdən qadının meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi