![](https://oxu24.com/uploads/posts/2019-06/medium/1561114931_1561004613_manat-pul.jpg)
Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək.
Oxu24.com -un məlumatına görə, bununla bağlı “ Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir.
Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir. Oxu24.com
ŞƏRHLƏR