Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14779
az

Daxili işlər nazirinin 1-ci müavini onlardan hansı olacaq?

12:1521 İyun, 2019
1486
  • A
 
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Təhlükəsizlik Şurasının katibi təyin olundu.

Prezidentin digər sərəncamı isə daxili işlər naziri vəzifəsinə təyinatla bağlı oldu. Belə ki, daxili işlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.

Bu təyinatdan sonra daxili işlər nazirinin birinci müavini vəzifəsi boş olaraq qalır.

Modern.az-ın məlumatına görə, hazırda daxili işlər nazirinin 4 müavini var: polis general-leytenantları Oruc Zalov, İsmət Əliyev, Şahin Məmmədov (həm də Daxili Qoşunların komandanı) və Fazil Quliyev (həm də Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).

Mümkündür ki, adları çəkilən generallardan hansısa biri daxili işlər nazirinin birinci müavini vəzifəsinə irəli çəkilsin.

Amma o da mümkündür ki, həmin posta ümumiyyətlə təyinat olmasın və ləğv edilsin. Çünki təcrübədə əvvəllər belə hal baş verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Anar Əliyevi nazir təyin etdi
Azərbaycan Ukraynaya 1 milyon dollar     yardım       ayırdı
Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi