Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14763
az

Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyir

22:2520 İyun, 2019
718
CƏMİYYƏT
  • A
Türkiyəli fizioterapevt Əhməd Çapar həddindən artıq çay və qəhvə içən insanları xəbərdar edib.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, mütəxəssis kafeinin həzm sistemindən kalsiumun sovrulmasını azaltdığını və böyrəklərdən kalsiumun atılması prosesini artırdığını deyib. Həkim qeyd edib ki, Türkiyədə erkən yaşlanma və sümük əriməsi (osteoporoz) xəstəliyinin yaranma səbəblərindən biri də çox çay içməkdir. Sümük əriməsinin səssiz bir xəstəlik olduğunu ifadə edən Əhməd Çapar onun sınıq olana qədər yavaş-yavaş irəlilədiyini deyib:
"Həyatın erkən mərhələlərində sümük parçalanır və davamlı olaraq bərpa edilir, bu, sümüklərin yenidən qurulması kimi tanınan bir prosesdir. Sümüyün qalınlaşması xüsusilə 20 yaşa yaxın başa çatır. Sümüklərin zəifləməsi adətən 30 yaşdan sonra başlayır. Sümüklər daha çox kalsium itirir. Sümüklərin yenidən qurulması daha ləng gedir və sümüklər incəlməyə doğru gedir.
Qadınlarda menopozdan 5-7 il keçdikdən sonra sümük əriməsi sürətlənir. Sümük əriməsinin sürətli postmenopozal artımı sümüklərdə kalsiumu saxlamağa kömək edən estrogen hormonlarının azalması ilə bağlıdır. Yaş artdıqca sümük əriməsi normaldır, lakin bəzi qadınlarda sınıq olması riski daha yüksəkdir. Skelet quruluşu miniatür olan xanımlar, siqaret çəkən qadınlar və ya oturaq həyat tərzi yaşayan insanlar yüksək risk altındadır.
Sümük əriməsini riskini tamamilə sıfıra endirən bir müalicə yoxdur. Ancaq həyat tərzinizdə dəyişikliklərlə qarşısını ala bilərsiniz. Daimi məşq proqramları bütün yaşlarda çox faydalıdır. Müəyyən yaşdan sonra rasiona kalsiumla zəngin qidalar daxil edilməli, lazım gələrsə, kalsium həbləri qəbul edilməlidir".
Mütəxəssis sonra əlavə edib ki, sümük əriməsindən qoruyan ən faydalı qidalar süd və süd məhsullarıdır: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəkidə avtomobillər toqquşdu: xəsarət alanlar var -FOTO
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ÖLKƏ QOŞULDU

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Yasamalda 20 yaşlı qız özünü binadan atıb