Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1466
az

Seksdən doymayan qadının xəstəliyi: NİMFOMANİYA nədir? (18+)

10:0807 May, 2018
2872
TİBB
  • A
 Sadəcə qadınlarda görülən və sosial həyatın darmadağın olmasına səbəb olan bu xəstəlik cinsi aclıq və güclü cinsi istək olaraq ortaya çıxır. Ailem.az nimfomaniyanın detallarını açıqlayır.
 
Nimfomaniya nədir?

Yunanca nymphe (qız) və mania (dəlilik) sözlərinin birləşməsindən yaranan nimfomaniya qadınlarda həddən artıq cinsi istəyə verilən addır. Nimfomaniyanın əlamətləri cinsi əlaqədən doymamaq, ya da gücdən düşənə qədər edilən masturbasiyadır.

 

Nimfomaniya bir çox insanın zənn etdiyi kimi, tez-tez cinsi dəyişiklik axtarmaq, ya da cinsi istəyin güclü olması mənasında istifadə edilən kəlmə deyil. Ancaq insanın arzusu və gücü cinsi istəyin şiddətini artıra bilər. Cinsi dəyişiklik istəyi də yenə insanın öz arzu və istəyinə bağlıdır.

 

40 il əvvəl nimfomaniya cinsi əlaqədən dərhal, ya da qısa müddət sonra yenidən oyanan cinsi istək kimi adlandırılıb.

 
Nimfomaniyaya səbəb nə olur?


Nimfomaniyaya yol açan səbəblərdən biri hormon pozuntusu ola bilər. Xərçəng ucbatından androgen müalicəsi alan qadının cinsi istəyi gözlənməyən səviyyədə arta bilər. Nimfomaniya olan qadınların sinirləri çox həssas olur, onlar istəklərinin əsiri olurlar.

 
Tamamilə psixoloji hal kimi də qəbul edilən nimfomaniyanın digər əsas səbəbləri də var. Nimfomaniya psixi narahatlıq olsa da, irsi, orqanik beyin xəstəlikləri, daxili sekresiya vəzilərinin nizamsızlığı ilə bağlı səbəblərdən də dolayı ortaya çıxır.


Messalina kompleksi

Nimfomaniya qadında cinsi daşqınlıq deməkdir. Nimfomaniya tabuları nəzərə almaz. Onun üçün əsas məqsəd bir kişi ilə yatmaqdır. Tipinə uyğun olmasa belə, hər təbəqədən olan kişiyə “hə” deyir.


Roma imperatoru Klavdinin xanımı Messalinanın hər gecə fərqli kişilərlə yatdığı, buna görə dondan-dona girərək, insanlar arasında gəzdiyi tarixdə qeyd olunub.


Nimfomaniya qadına özünə nəzarət etməyə imkan vermir, hətta seksual istəyi oyanan kimi hər gördüyü kişi ilə yatanlar da var.


Nimfomaniyanın əlamətləri

 
Həmişə seks və cinsi istək üzərində qurulan duyğular


İstək oyanan kimi edilən masturbasiya

 
Kimlə gəldi cinsi yaxınlıq etmək

 
Nəzarətini itirmək

 
Təkrarlanan uğursuz yaxınlıqlar


Nimfomaniyanın zərərləri


İnsanın bütün sosial həyatı münasibətlərinə təsir edir. İnsanın tək məqsədi sevişməkdir. Sevgilisi ilə ünsiyyəti pozulur. Tez-tez çox uğursuz münasibətləri olur. İnsanın fərqli cinsi xəstəliklərə yoluxma riski də yüksəkdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır