Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14621
az

Botoksun ziyanı varmı?

09:0018 İyun, 2019
5500
TİBB
  • A
 
Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur.

Botoks nədir?

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, clostridium botulinum bakteriyası torpaq, meşə, göllər daxil olmaqla bir çox təbii birləşmələrdən alınır. Bakteriyaya həmçinin məməlilərin və balıqların bağırsaqlarında, xərçəng və digər dəniz canlılarının organlarında və qabıqlarında  rast gəlmək mümkündür. Clostridium botulinum bakteriyasının və sporlarının bu cür təbiətdə tapılan forması əsasən zərərsizdir. Problem yalnız sporlar vegetativ hüceyrələrə çevriləndə və bu hüceyrələr artanda ortaya çıxır. Bu zaman bakteriya botulizmə səbəb ola bilən ölümcül neyrotoksin-botulinum toksin ifraz etməyə başlayır. Neyrotoksinlər sinir sistemini hədəf alaraq,  neyronların effektiv əlaqəsini təmin edən xəbərləşmə prosesinə mane olur.

Funksiyası

Botulinum toksin insana məlum olan ən güclü zəhərlərdən biridir. Alimlər həsablayıb ki, 1 qr botulinum toksin 1 milyon insan, bir neçə kq botulinum toksin isə yer üzündəki bütün insanların ölümünə səbəb ola bilər. Yüksək miqdarda botulinum toksin botulizmə- insan həyatını təhlükəyə atan ciddi xəstəliyə səbəb ola bilər. Müalicə olunmamış botulizm isə tənəffüs çatışmazlığı və ölümlə nəticələnə bilər. Botulinum toksinin belə zəhərli olmasına baxmayaraq, botoksa tələbat çoxdur. Bütün bunlara baxmayaraq, botulinum toksinin çox qiymətli müalicəvi protein olduğu sübut olunmuşdur. Botulinum toksin insana çox cüzi miqdarda inyeksiya olunur və funksiyası sinir hüceyrələrindən gələn siqnalların əzələlərə çatmasının qarşısını almaq, yəni onları qısamüddətli iflic etməkdir. Əzələlərin dartılması üçün sinirlər sinir ucları və əzələ hüceyrələrinin qovşağında asetilkolin adlı kimyəvi daşıyıcı ifraz edir. Asetilkolin əzələ hüceyrələrindəki reseptorlara birləşərək əzələlərin yığılmasını və boşalmasını təmin edir. Botoks yeridildiyi nahiyədə asetilkolinin ifrazına mane olaraq əzələlərin yığılmasının qarşısını alır. Botulinum toksin əzələlərin sərtliyini azaldaraq həm də onların normadan artıq yığılmasını azaldır.

Tətbiqi

Botoks əsasən qırışların və üz cizgilərinin ortadan qaldırılmasında tətbiq olunur. Estetik müdaxilələrdən başqa botoks həm də çəpgözlük, həddindən artıq tərləmə, migren, sidik qaçırma kimi  bir çox tibbi komplikasiyalarda da istifadə olunur. Botulinum toksin hal-hazırda 20-dən artıq tibbi problem zamanı istifadə olunur və botoksun müxtəlif vəziyyətlər üçün  istifadəsi ilə bağlı araşdırmalar aparılır. Botulinum toksin hal-hazırda aşağıdakı hallarda tətbiq  olunur: Blefarospazma, boyun və çiyin əzələlərinin qıcolması, xroniki miqren, hiperhidroz, strabismus (çəpgözlük), iflic sonrası yuxarı ətrafların spazmı, qeyri-iradi sidik  ifrazı, üzün bir tərəfli qıcolması, qaşların arasındakı qırışlar, gözətrafı qırışlar Botulinum toksinin göstərişdənkənar istifadəsi: Udqunma çətinliyi, anal çatlar və anismus, sialoreya (ağız suyunun hədsiz ifrazı), allergik rinit, anal sfinkterin disfunksiyası, serebral iflic, çeynəmə əzələlərinin spazmı, disfoniya. Botulinum toksin bu adlar altında satışdadır: Botox, vistabel, botox cosmetic (OnabotulinumtoxinA or botulinum toxin type A); Dysport (AbobotulinumtoxinA or botulinum toxin type A); Bocouture, xeomin, (IncobotulinumtoxinA or botulinum toxin type A); Myobloc (RimabotulinumtoxinB or botulinum toxin type B)

Prosedur

Prosedur botulinum toksin tozunun məhlulda həll olunması və birbaşa sinir-əzələ toxumasına yeridilməsi ilə baş tutur. Botoks 24-72 saat ərzində öz effektini göstərir.  Çox nadir hallarda botulinum toksinin tam təsir göstərməsi 5 gün çəkə bilər. Botulinum toksinin hamiləlik və laktasiya dövründə, preparata və ya tərkibindəki komponentlərə qarşı həssaslığı qeydə alınan şəxslərdə istifadəsi yolverilməzdir.

Risklər və əks təsirlər: Botulinum toksin inyeksiyaları əsasən zərərsizdir və əks təsirləri azdır. Çox nadir hallarda insanlarda dərmana qarşı zəif gözlənilməz reaksiyaya səbəb olan genetik meyillilik mövcud olur. A tipli botulinum toksin qəbul edən insanların təxminən 1 faizi preparata qarşı immunitet qazanırlar və bu da növbəti prosedurların nəticəsiz olmasına gətirib çıxarır. Botulinum toksin bəzən istənməyən effektlər də verə bilər: İnyeksiya nahiyəsində yüngül ağrı, ödem (şiş), eritema (qızartı); uyuşma; baş ağrısı; diskomfort; yüngül ürək bulantıları;  müvəqqəti zəiflik və ətraf əzələlərin müvəqqəti iflici;  üst dodağın və ya qaşın müvəqqəti olaraq aşağı sallanması; alt göz qapağının və ya lateral rektusun (gözün hərəkətini təmin edən əzələ) zəifləməsi; disfogiya; boyunun zəifləməsi; qripəbənzər xəstəliklər; braxial pleksus zədələnmələri; öd kisəsinin disfunksiyası; diplopiya (bir şeyin 2 dənə görünməsi);  qanaxma; bulanıq görmə; görmə qabiliyyətinin zəifləməsi; ağızın quruluğu; yorğunluq; övrə (urtikariya- dərinin allergik səpməsi); səpgilər; xırıltı; şişginlik. Botulinum toksinin kütləviliyi artmağa davam edir. A tipli botulinum toksin prosedurları 2000-ci ildən bəri 700 faiz artaraq 2013-cü ildə 6.3 milyona çatmışdır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Bərdədə "VAZ" "QAZ"la toqquşdu -VİDEO