Ağstafanın Sadıxlı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, təxminən 16 yaşlı yeniyetmə qan davası üstündə 4 nəfəri silahla qətlə yetirib. Ölənlərdən biri 1977-ci il təvəllüdlü, digəri 1984-cü il il təvəllüdlüdür. Üçüncü şəxs isə qətlə yetirilənlərdən birinin anası olub. Öldürülən digər şəxsin təsadüfən hadisə yerində olduğu və aldığı güllə yarasından öldüyü bildirilir. Cinayəti bazarda insanların arasında törədən yeniyetmə hadisədən sonra qaçıb.
Qeyd edək ki, qətlə yetirlənlər həbsdən yeni azadlığa buraxılıblar. Onlar illər əvvəl torpaq üstündə qeyd edilən 16 yaşlı gəncin atasını və əmisini öldürüblər.
Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.
Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR