Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14581
az

Sirrozu təkcə hepatit yaratmır, başqa səbəblər də çoxdur – Müayinə barədə həkim məsləhəti

20:1015 İyun, 2019
593
CƏMİYYƏT
  • A
Son zamanlar yayılan hepatit viruslarının vaxtında müalicə olunmadıqda qaraciyər çatışmazlığı, sirroz, hətta xərçəng kimi ölümcül xəstəliklərə səbəb olduğu məlumdur. Lakin bəzi hallarda hepatit virusuna yoluxmadan da ciddi qaraciyər problemləri başlaya bilir.  

Oxu24.com medicina.az-a istinadən hepatoloq Könül Mahmudovaya bir sıra suallar ünvanlayıb. Həkimin açıqlamasını təqdim edirik:

-Qaraciyər virus hepatitlərindən başqa hansı hallarda sirroza yoluxur?  

-Sirroz xəstəliyinin yaranması üçün yalnız hepatit viruslarının olması önəmli deyil. Alkoqol, autoimmun xəstəliklər, genetik səbəblərdən də sirroz xəstəliyi meydana çıxa bilər. Bu xəstəliklər cinsə və yaşa baxmır. İrsiyyətin də xəstəlklərin meydana çıxmasında rolu böyükdür.   Ona görə məndə hepatit yoxdur deyib, illərlə müayinə olunmamaq və zərərli vərdişlərə, qidalanmaya davam edib, arxayın olmaq olmaz.

-Qaraciyərdə meydana çıxan xoşxassəli törəmə ilə yaşamaq mümkündürmü, yoxsa  mütləq əməliyyat olunmalıdır?

-Bir çox hallarda qaraciyərində xoş xassəli törəmə meydana gələndən sonra biz xəstəni nəzarətimizə götürürük. Bu zaman xəstə mütləq vaxtaşırı olaraq qan analizi verməli,  USM və kontrast MRT müayinələrindən keçirilməlidir. Əgər həmin törəmələr qaraciyəri sıxarsa, xoşxassəli olmasına baxmayaraq cərrahi əməliyyat yolu ilə kənarlaşdırılmalıdır. Bu törəməllərin konservativ müalicəsi yoxdur.

Əgər törəmələr xəstənin həyat keyfiyyətinə heç bir təsir göstərmirsə, o zaman xəstə pis vərdişlərdən uzaq duraraq, mümkün qədər sağlam qidalaranaraq ömrünün sonuna qədər həmin törəmələrlə yaşaya bilər.

-Qaraciyəri təmizləmək üçün çox dərmanlar satılır. Bəzən insanlar həkimlərə müraciət etmədən kor-koranə şəkildə həmin dərmanlardan istifadə edirlər. Bu xəstənin ölümünə və ya xərçəngə səbəb ola bilərmi? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Metroda qatarlar niyə gecikib? - RƏSMİ AÇIQLAMA 
Gəlini Xalq artistinin qohumu imiş - VİDEO
Ən zərərli tərəvəzin adı açıqlandı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda dəhşətli anlar: Qadını maşın belə vurdu (18+)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib