Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14570
az

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

10:4615 İyun, 2019
1068
KRİMİNAL
  • A
 

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb.
Bu barədə Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev unikal.org-a bildirib. O, qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir:
 
"Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Nazilə Səfərli və İsa Şükürova qarşı iddiamız təmin edilmişdi.Həmin qərardan jurnalist İsa Şükürov apelyasiya şikayəti verməmişdi.O, məhkəmənin qərarı ilə razılaşmışdı.Amma şairə Nazilə Səfərli həmin qərardan narazı qalmışdı və apelyasiya şikayəti vermişdi. Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 14 iyun 2019-cu il qətnaməsi ilə Nazilə Səfərlinin apelyasiya şikayətini rədd etdi və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxladı.Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir, eyni zamanda İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir.
Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan "Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.
Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.
O, "Facebook" səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib.

"Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən yenə sən məndən üzr gözləmə!!!
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO