Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14564
az

Jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub

21:1214 İyun, 2019
768
CƏMİYYƏT
  • A
 Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb.
Bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub. O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub.

Qeyd edək ki, indiyə kimi Fuad Abbasovun hüquqlarını vəkillər Elman Paşayev və Teyyub Şərifov müdafiə ediblər. Bundan sonra isə yeni vəkil Teyyub Şərifovla birlikdə Fuad Abbasovun hüquqlarını müdafiə edəcək.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Piyada keçidləri də işıqlandırılacaq
Tıxaclardan qurtuluruq -Yeni çəkiləcək yollar bunlardır
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər susuz qalacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb