Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14554
az

ŞAD XƏBƏR - bu şəxslərin maaşı artırıldı

18:3814 İyun, 2019
991
CƏMİYYƏT
  • A
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.

Universitetdən Publika.az-a verilən məlumata görə, UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib.

Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.

Xatırladaq ki, 2015-cü ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə Diffenersial Əmək Haqqı Sistemi tətbiq olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc