Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14516
az

Göz yaşları sel oldu — İkinci dünya müharibəsində aşiq olan cütlük 75 il sonra görüşdü

19:1513 İyun, 2019
661
DÜNYA
  • A
 
İkinci dünya müharibəsi zamanı Fransada bir-birlərinə aşiq olan amerikalı əsgər ilə fransız qız 75 il sonra görüşüblər.
 “Oxu24.com” xəbər verir ki, cütlüyün görüşü Fransa televiziyası tərəfindən lentə alıb.

Hadisə 1944-cü ildə baş verib. 24 yaşlı amerikalı əsgər KT Robbins Fransanın şimali-qərbindəki Briey qəsəbəsinə xidmətə göndərilir. O, bu qəsəbədə 18 yaşlı fransı Janna Qanayeyə aşiq olur. İki aylıq sevgidən sonra Robbins Şərq Cəbhəsinə göndərilir. Sevgililər bir-birlərini bir daha görə bilmirlər.
Onlar hər ikisi sonradan başqa insanlarla ailə qursalar da, Robbins onun fotosunu saxlayır.
2019-cu ildə 97 yaşlı Robbins Normandiyaya hərbçi çıxarılmasının 75-ci ildönümündə Fransaya səfər edərək 92 yaşlı Qanaye ilə görüşür. Robbins qadını görəndə “Səni hər zaman sevdim. Heç vaxt unutmadım” deyir.

92 yaşlı qadın isə Robbins Fransanı tərk edəndə çox ağladığını, amerikalı sevgisinin qayıdacağı ümidi ilə ingilis dilini öyrəndiyini etiraf edib. Cütlük bir neçə saat birlikdə olduqdan sonra yenidən görüşmək ümidi ilə ayrılıb.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nelson Mandelanın nəvəsi həbs edildi
Türkiyəli məşhur yazıçı vəfat etdi
Ukraynalı futbolçunun rus sevgilisini görün kim “oğurlayıb” -FOTOFAKT

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Qəbələ sakini tapdığı avtomatı polisə təhvil verdi- FOTO