Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14511
az

Qorxmaz Əlili barədə yayılan məlumat həqiqətə uyğun deyil

17:2613 İyun, 2019
1621
CƏMİYYƏT
  • A
 
Bu gün bir çox sosial şəbəkə səhifəsi şoumen Qorxmaz Əlili barədə yalan məlumatlar paylaşıb. Guya  Qorxmaz  bəy qaçqınlarla bağlı aşağılayıcı ifadələr səsləndirib. Əslində  isə bu həqiqətə uyğun deyil.

Bu barədə Oxu24.com saytına məlumatı Qorxmaz Əlilinin oğlu Mamed Əlili bildirib. Onun sözlərinə görə, atası barədə yayılan məlumat həqiqəti əks etdirmir. Bu məsələ onu və ailəsini narahat edib.

 “Mən həmişə məcburi köçkünlərə ürək yanğısıyla yanaşmışam, onları təhqir edəcək, şəxsiyyətini alçaldacaq kiçik bir ifadə belə işlətməmişəm” – söyləyir  Qorxmaz  bəy. Əlavə edir ki, onun məcburi köçkün olan çoxsaylı dostu var. “Axı, onlara qarşı necə belə ifadələr işlədə bilərəm?!”
“Mənim fikirlərim təhrif olunub. Mən demək istəmişəm ki, bəzi insanlar var ki, onlara yaradılan şəraitdən istifadə edirlər, özlərini layiqli aparmırlar. Bunu niyə bu qədər böyüdüblər?!”Məhz elə bu səbəblərə görədir ki, Qorxmaz bəy neçə vaxtdır ki, mediadan qaçır.
Qeyd edək ki, Respublikada ilk olaraq Meyxana çempionatınnı Qorxmaz Əlili keçirib.Sərhəd bölgələrində yerləşən N saylı hərbi hissələrdə dəfələrlə konsertlər təşkil edib. Azərbaycanda ilk Estrada Teatrını yaradıb. Qorxmaz Əlilicanzadə Azərbaycanda  gənc istedadlıların aşkara çıxarılmasında çox böyük əməyi var. Onun təşkilatçılğı ilə uzun illər keçirilmiş "7-17" müsabiqəsində və özünün "Şou Əlili" adlı əyləncəli proqramında xeyli gənc müğənni aşkara çıxarılmışdır. Bu gün bir çox gənc müğənni məhz həmin müsabiqələrdə formalaşmış və tamaşaçıların rəğbətini qazanmışdır.
E Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO