Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14465
az

Yaxın Şərqin QORXULU RÖYASI - F-35 qırıcıları Türkiyəyə gəlsə...

16:4812 İyun, 2019
969
DÜNYA
  • A
 
F-35 döyüş təyyarələri Türkiyəyə verilməsə, Ankaranın yaxın Şərqdəki statusu bundan təsirlənəcək və bu səbəbdən İsrail üçün gələcəkdəki “potensial təhlükə” aradan qalxacaq.

Publika.az xəbər verir ki, bu iddia İsrailin məşhur “Haaretz” nəşrində yayımlanan analizdə yer alıb.

Rusiyanın Türkiyəyə tədarük edəcəyi S-400 zenit raket kompleksinə görə ortaya çıxan ABŞ-Türkiyə gərginliyinə İsrailin perspektivindən yanaşan nəşr bildirib ki, F-35-lərin Türkiyəyə verilməməsi qərarı İsraildə rəğbətlə qarşılanacaq. Analizin davamında Türkiyənin döyüş təyyarələri proqramındakı mövqeyi, üzərində götürdüyü vəzifələr və verəcəyi faydalar xatırladılıb. Bu qismdə qeyd edilib ki, Türkiyə proqramdan çıxarsa, İsrail məmnuniyyətlə onun yerini doldurmağa hazırdır.

Nə olmuşdu?

Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan Türkiyənin Müdafiə naziri Hulusi Akara yazdığı məktubda S-400-lərin tədarükünün dayandırılmaması təqdirində, Türkiyəyə qarşı ciddi addımların atılacağını və F-35 döyüş təyyarələrinin istehsal proqramından çıxarılacağını qeyd etmişdi. Bu açıqlamadan sonra Pentaqonun mətbuat katibi Mayk Endryus türk pilotlarının F-35 təlimlərinin dayandırıldığını açıqlamışdı.

ABŞ-la Türkiyə arasındakı gərginlikdən faydalanmaq istəyən digər bir ölkə isə Polşadır. Bu ölkə ABŞ-ın Türkiyəyə vermək istəmədiyi F-35 təyyarələrini almaq istəyir.

ABŞ-a təhdid

“Defence News”un xəbərinə görə, F-35 təyyarələrinin istehsal proqramında yer alan iki ölkə ABŞ-ı təhdid edib. Bildiriblər ki, təyyarələrdə istifadə olunan “Autonomic Logistics Information System-ALIS”də (Avtonom Logistik İnformasiya Sistemi) çıxan problemə görə layihədən çəkilə bilərlər. Xəbərdə ölkələrin adları açıqlanmayıb.

ALIS nədir?

Avtonom Logistik İnformasiya Sistemi ilə F-35 təyyarələrinin bütün bilgiləri ABŞ-da və təyyarələri istehsal edən “Lockheed Martin” şirkətində toplanır. Mövcud vəziyyətdə F-35 təyyarəsindən istifadə edən ölkələrin ehtiyacı olan bütün logistik dəstək ABŞ-dan təmin olunur. F-35-in istehsalı və ondan istifadə edən ölkə sayı kifayət qədər olanda ölkələr arasında qurulması planlaşdırılan sistemdə yenə ana baza ABŞ olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"
Almaniya Prezidenti Türkiyəyə gedir
Bu ölkədə minimum pensiya 15,75 % ARTIRILDI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb