Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14460
az

Bakıda narkotacir qadın saxlanılıb

15:4212 İyun, 2019
664
KRİMİNAL
  • A
 

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Oxu24.com- a  verilən məlumata göə, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı toplanan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO