Cinsi həyatınız istədiyiniz kimi getmirsə, bəlkə də problem düzgün qidalanmamağınızdadır. Elə isə Ailem.az bu materialı məhz sizin üçün hazırlayıb. Kişilərin cinsi həyatını məhv edən qidalarım siyahısını təqdim edirik.
Qəhvə
Davamlı olaraq qəhvə içmək böyrəküstü vəzilərin fəaliyyətini zamanla iflasa uğradır. Bu səbəbdən də seks hormonları da daxil olmaqla bir çox hormonlar az miqdarda istehsal edilməyə başlayır.
Qazlı içkilər
Aparılan araşdırmalara görə, qazlı içkilər depressiyaya səbəb olur. Depressiya isə kişilərdə libidonun düşmənlərindən biridir.
Pendir
Bir çox pendir antibiotiklərlə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddən çox yeyildiyi zaman hormonal pozuntuya səbəb ola bilər. Bu hormonların pozulması seks hormonlarına da təsir edir. Eyni zamanda, cinsi fəaliyyət pozuqluğu da müşahidə edilir. Pendir alarkən etibarlı markaları seçin.
Süni dadlandırıcılar
Süni dadlandırıcıların xoşbəxtlik hormonu olaraq tanınan serotoninin ifrazına mane olması məlumdur. Çox süni dadlandırıcı ehtiva edən qidalar və içkilər libidoya mənfi təsir edir.
Konservləşdirilmiş şorbalar
İçərisində bol miqdarda qoruyucu olan konservləşdirilmiş şorbalar yüksək qan təzyiqinə səbəb olur. Ona görə də orqanizmin müəyyən hissələrinə qan axınını azaldır. Nəticədə ereksiya problemlərinə səbəb olur.
Kartof çipsləri
Ümumiyyətlə, çipslərin qızardılması zamanı ucuz və keyfiyyətsiz yağlardan istifadə olunur. Bu yağlar bədəndə libidonun aşağı düşməsinə və bir çox zərərlərə səbəb olur. Nəticədə hormon pozuntusu yaranır. Bu da öz növbəsində seks hormonlarının istehsalına mənfi təsir edir.
Siqaret və spirtli içkilərin cinsi həyata mənfi təsir etdiyini isə artıq hər kəs bilir. Oxu24.com
ŞƏRHLƏR