Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1445
az

“Əyilməyi sevmirəm” - Röya ilə 90 dəqiqə...+ Foto

13:5606 May, 2018
1742
ŞOU-BİZNES
  • A
 Mayın 5-də əməkdar artist Röya Ayxanın növbəti konserti baş tutub.

“Oxu24.com” xəbər verir ki, musiqili gecə Bakı Konqres Mərkəzində keçirilib.

Qeyd edək ki, bu, sözügedən mərkəzdə reallaşan ilk tədbirdir.

Bundan əlavə, müğənnini səhnədə Rəşad Haşımovun rəhbərlik etdiyi komanda müşayiət edib.

“Doldur ürəyimi” adlanan konsertdə sənətçi yeni və köhnə xitlərini səsləndirib.

90 dəqiqə baş tutan tədbirdə Röyanı izləyənlər sırasında Hacı Nuran Hüseynov, Tarix Əliyev, Tunar Rəhmanoğlu, Nura Suri kimi məşhurlar olub. Həmçinin, ifaçı həmkarı Miri Yusif və oğlu Hüseynlə “Səndən bir dənədir” mahnısını duet oxuyub.

Konsert bitdikdən sonra isə müğənni media nümayəndələri ilə bir araya gəlib və onların suallarını cavablandırıb: “Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam. Yanımda olduğunuz üçün sevindim. Çünki bir müddət öncə konsertlə bağlı aramızda anlaşılmazlıq oldu. Mən də bir az tərs adamam. Əyilməyi sevmirəm. Düzgünlük tərəfdarıyam. Siz yanımda olanda özümü daha güclü hiss edirəm”.

R.Ayxan tezliklə mətbuat konfransı edərək media nümayəndələri ilə görüşəcəyini bildirib: “Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması da verilməlidir”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Efirdə GƏRGİNLİK:
Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı