İngiltərənin Mançester şəhərindən İslamabada uçan təyyarədə gözlənilməz hadisə yaşanıb, pilot təyyarəni 8 saat hava limanında saxlayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb havaya qalxmağa hazırlaşan təyyarədəki sərnişinlərdən birinin ayaqyolunun qapısı əvəzinə təcili çıxış qapısını açması olub.
Təyyarə Pakistan Hava Yollarına məxsus olub.
Xanım sərnişin L5 fövqəladə qapını açdıqdan sonra təcili eniş siqnalı işə düşüb. Böyük narahatçılıq yaransa da, pilot dərhal uçuşu dayandırıb və bütün sərnişinlər təxliyə olunub.
Sərnişin sözügedən qapını təyyarə tam havaya qalxmadan açdığı üçün faciə yaşanmayıb.
Oxu24.com
ŞƏRHLƏR