Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14389
az

Şirniyyatdan necə imtina etməli? - İNANILMAZ RESEPT

23:2210 İyun, 2019
932
CƏMİYYƏT
  • A
Əgər hər gün tez-tez yüksək qlükoza tərkibli şirniyyatlar yemək istəyi yaranırsa, bu, orqanizmdə kalsium və maqnezium çatışmazlığını göstərə bilər.

Oxu24.com xəbər verir ki, mütəxəssislər pəhriz saxlayarkən güclü şirniyyat istəyi yaranan adamlara şəkərlə mübarizədə küncütdən istifadə etməyi tövsiyə edir.

Küncütün möcüzəvi xeyiri onun yüksək tərkibi: kalsium, maqnezium, A, E, C və B qrupu vitamini ilə zəngin olması ilə ölçülür. O, yüksək kalorilidir, odur ki, orqanizmə lazımlı enerjini verəcək, amma çəkinizə təsir etməyəcək. Yalnız ondan düzgün faydalanmaq qalır. Bunun üçün küncüt südü hazırlayın.

İnqredientlər:

100 qram küncüt

1 çay qaşığı bal

1 litr su

Bütün gecə küncütü suda isladın (Əgər islatmamısınızsa, qorxulu heç bir şey yoxdur). Səhər küncütü yuyub blenderə tökün, bir stəkan su və bal əlavə edib xırdalayın. Daha sonra qalan suyu tökün və yenidən blenderdə qarışdırın. Əgər blender yoxdursa, küncütü əzmək olmaz, amma bu, daha çox vaxt aparacaq.

Bal şirinləşdirici maddə kimi istifadə olunur, odur ki, məcburi deyil, amma kokteylin dadını pisləşdirməyəcək. Əldə edilən küncüt südünü günün istənilən saatında içmək olar. Amma yeməkdən sonra daha yaxşıdır. Şirniyyata olan güclü və qeyri-təbii istək bir neçə gündən sonra yoxa çıxır, onun birlikdə zəiflik də itir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəkidə avtomobillər toqquşdu: xəsarət alanlar var -FOTO
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ÖLKƏ QOŞULDU

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda skuterin GPS-i oğurlandı