Yunanıstan, Kipr və Ermənistanın xarici işlər nazirləri Corc Katruqalos, Nikos Xristodulides və Zöhrab Mnasakanyan ölkələri arasında üçtərəfli tərəfdaşlığın qurulmasını nəzərdə tutan anlaşma imzalayıblar. Üçtərəfli görüş Kiprin paytaxtı Nikosiyada keçirilib.
Əldə olunmuş razılaşmaya görə, "ölkələr arasında ümumi dəyərlər, mədəniyyət və irsə əsaslanan, beynəlxalq hüquqla BMT Nizamnaməsində müəyyən edilmiş pripsiplərə söykənən məqsədlər uğrunda əməkdaşlıq olacaq".
"Bu üçtərəfli əməkdaşlığın yeganə məqsədi sülh, stabillik və inkişafın üç ölkə arasında geniş siyasi dialoq və tərəfdaşlıq vasitəsilə stimullaşdırılmasıdır", - sənəddə deyilir.
O da vurğulanır ki, Yunanıstan, Kipr və Ermənistan arasında iqtisadiyyat, ticarət, investisyalar, kənd təsərrüfatı, təhsil, elm, informasiya texnologiyaları, innovasiyalar, səhiyyə, böhran idarəetməsi, mədəniyyət və turizm sahələrində effektiv əməkdaşlıq nəzərdə tutulur.
Yaxın aylarda tərəflər əməkdaşlığın sahələr üzrə konkret təkliflərini hazırlamalı, həmin təkliflər ikinci üçtərəfli görüşdə müzakirə olunmalıdır. Oxu24.com
ŞƏRHLƏR