Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
“Oxu24.com” xəbər verir ki, bu gün 57, 65, 70, 79, 97 kq çəkidə yarışan pəhləvanlarımız titul döyüşlərinə çıxıblar.
57 kq
Giorgi Edişeraşvili finalda rusiyalı Zaur Uqiyevi məğlub edərək (4:3) Avropa çempionu olub.
65 kq
3 qat dünya və 1 dəfə Avropa çempionu Hacı Əliyev finalda Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüşdə H.Əliyev qızıl medal qazanıb.
70 kq
Murtazali Müslimov bürünc medal uğrunda görüşdə belaruslu Azamat Nurikaunu 9:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, geridə qalan 5 gündə Azərbaycan güləşçiləri 10 medal (2 qızıl, 3 gümüş və 5 bürünc) əldə ediblər. Oxu24.com
ŞƏRHLƏR