Bu gün İran Müdafiə Nazirliyi "Xordad-15" mobil hava hücumundan müdafiə sistemini təqdim edib.
Oxu24.com -un "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə naziri Əmir Hatəmi Tehranda keçirilən mərasimdə təqdim edib.
Müdafiə naziri deyib ki, "Xordad-15" 150 km məsafədə hərbi təyyarə və pilotsuz təyyarələri aşkarlamaq və 120 km məsafədə "Sayad-3" raketləri ilə məhv etmək qabiliyyətindədir. "Xordad-15"kiçik obyektləri 85 km məsafədə aşkarlamaq və 45 km diapazonda məhv edə bilir. Ə. Hatəmi sistemin eyni zamanda 6 hədəfi izlədiyini qeyd edib.
"Xordad-15" 5 dəqiqəyə hazır vəziyyətə gətirilir.
Yeni silah artıq İran ordusunun sərəncamına verilib.
Oxu24.com
ŞƏRHLƏR