Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14330
az

Yevlaxda dəhşət: 53 yaşlı kişi məktəb stadionunda ölümcül bıçaqlandı

22:0708 İyun, 2019
815
KRİMİNAL
  • A
Yevlaxda orta məktəbin stadionunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Malbinəsi kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Həsən Ələsgər oğlu qısqanclıq zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi olay barədə məlumat verib. O hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Müxtəlif bədən xəsarətləri alan E.Məmmədov xəstəxanaya çatdırılaraq əməliyyat olunub, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi