Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14309
az

Bu şəxslərə pomidor yemək olmaz

22:1707 İyun, 2019
623
CƏMİYYƏT
  • A
Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərşəng xəstəliklərindən qoruyur.
Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur. Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?
1. Allergiya
İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.
2. Öd daşı xəstəliyi
Oxu24.com Saglamolun.az-a istinadla xəbər verir ki, orqanik turşularla zəngin olan pomidor həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.
3. Böyrək xəstəlikləri
Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb ola bilər.
4. Artrit, podaqra
Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda "duzlar"ın yığılmasına və iltihaba səbəb olur.
5. Mədə xorası və qastrit
Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq xora və qastritin kəskinləşməsinə səbəb ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yeni radiolar açılır
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı
Pişik iti "əsir" götürdü - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi