Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14307
az

Əmisi oğlu ilə nişanlı olan qız dayısı oğluna qoşulub qaçıb

21:0707 İyun, 2019
561
CƏMİYYƏT
  • A
İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib.
Oxu24.com -un əldə etdiyi məlumata görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.
Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblərmiş.

Quşencə bələdiyyəsinin sədri Ramiz Ağayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib.

“Dəqiq deyə bilmərəm ki, qız əmisi oğluna məcburi verilmişdi, ya yox. Ancaq dayısı oğlunu sevdiyi bəlli oldu. Buna görə də iyunun 6-da dayısı oğlu ilə birgə qaçıb. Qızın ailəsi çox normal ailədir. Bütün kənd baş verən hadisədən şoka düşüb”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi