Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1429
az

50 gündür itkin düşən kişinin cəsədi tapıldı - Qətlə yetirilibmiş...

19:0005 May, 2018
1911
KRİMİNAL
  • A
  İtkin düşmüş Lerik rayon sakinin qətlə yetirildiyi məlum olub.

“Oxu24.com” APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Yədulla oğlu Babayev martın 16-da Lənkəranda yerləşən restoranlardan birində yaxın qohumlarının toy məclisində iştirak edib.

Oradan çıxdıqdan sonra isə geri qayıtmayıb. Aparılan axtarış tədbirləri nəticəsində onun öldürüldüyü məlum olub. M. Babayevin meyiti Lənkəran rayonunun Aşağı Nüvədi kəndində aşkar edilib. Onu həmin kənd sakini 44 yaşlı Təbriz Əliheydər oğlu Dadaşov qətlə yetirərək yaşadığı evin zirzəmisində basdırıb.

Hazırda M. Babayevinin meyitinin basdırıldığı yerdən çıxarılması üçün iş aparılır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriləcək.

Qeyd edək ki, qətl hadisəsini törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. M. Babayev ailəli olub və iki qızı, bir oğlu var.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO
Bakıda gənci güllələyən şəxs belə tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
Gəncədə 45 yaşlı qadın qətlə yetirildi - Yenilənib

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO