Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1426
az

"Əlilliyi olan şəxslərin müavinətləri orta hesabla 300 manata çatdırılmalıdır"

17:0805 May, 2018
1647
İQTİSADİYYAT
  • A
 Milli Məclisin mayın 4-də keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirə olundu.

Həmin müzakirələr zamanı İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri, millət vəkili Əli Məsimlinin çıxışının əsas məqamlarını təqdim edirik:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi Azərbaycan Konstitusiyası və BMT Baş Məclisinin qəbul etdiyi və Azərbaycanın da qoşulduğu “Əlillərin hüquqları haqqında” Konvensiya, eləcə də ölkəmizdə bu yöndə qəbul edilən qanunvericilik aktları əsasında işlənib hazırlanıb. Layihə kifayət qədər yaxşı hazırlanıb və əlilliyi olan şəxslərin hüquqlarının dolğun şəkildə reallaşdırılması istiqamətində islahatların hüquqi bazası rolunu oynaya bilər. Bununla belə əlilliyi olan şəxslərin hüquqlarının dolğun şəkildə reallaşdırılmasi istiqamətində həlli vacib olan 3 məqama diqqət çəkmək istərdik:

Birincisi, əlilliyi olan şəxslərin hüquqlarının dolğun şəkildə reallaşdırılması, hər şeydən əvvəl, 3 istiqamətdə islahatların aparılmasını özündə əks etdirir:

1. Əlilliyin müəyyənləşdirilməsi zamanı qaydaların sərtləşdirilməsi prosesində həqiqətən əlil olan insanların hüquqlarının pozulması, onlara qarşı süründürməçilik və incidilmə hallarının aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi.

2. Əlilik staatusunun obyektivliyinin təmin edilməsi və onun həqiqətən əlil olan insanlara verilmsinin etibarlı mexanizminin yaradılıb həyat keçirilməsi.

3. Əlillərin yenidən yoxlamadan keçirilməsi qaydalarında ömürlük əlil olanların sağalma ehtimalı olanlardan fərqləndirilməsi. Yəni əgər bir insan əl-qolunu və ya qıçını itirib əlillik statusu alırsa, 3-5 ildən sonra onun yenidən yoxlamadan keçirmək heç bir məntiqə sığmır. 3-5 ildən sonra ona yeni qol-qıç bitməyəcək ki, hələ bir yoxlanılır. Ona görə də əlillərə münasibətdə öbyektivlik, şəffaflıq təmin edilməli, onlara qarşı olan haqsızlıqlar aradan qaldırılamlıdır.

İkincisi, qanun layihısində əlilliyi olan şəxslərin sosial müdafiəsi yetərincə öz əksini tapsa da, real həyatda bu sahədə həlli vacib məsələlər hələ çoxdur. Məsələn, əlilliyi olan şəxslərə təyin edilən sosial müavinətlər çox aşağıdır. Qarabağ müharibəsi ilə əlaqəli I qrup əlil 182 manat, yəni ölkə üzrə orta əmək haqqının 35 faizi, II qrup əlil 154 manat, yəni ölkə üzrə orta əmək haqqının 30 faizi, III qrup əlil 121 manat, yəni ölkə üzrə orta əmək haqqının 23 faizi səviyyəsində müavinət alır. Mülki əhali kateqoriyası üzrə I qrup əlil 124 manat, yəni ölkə üzrə orta əmək haqqının 24 faizi, II qrup əlil 61manat, yəni ölkə üzrə orta əmək haqqının 12 faizi, III qrup əlil 52 manat, yəni ölkə üzrə orta əmək haqqının 10 faizi səviyyəsində müavinət alır. 52 manat nədir ki... 2018-ci il üçün yaşayış minimumundan belə 3 dəfə azdır. Bu pula necə dolanmaq olar? Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirməkdən ötrü əlavə maliyyə vəsaiti ayrılmalı, ilk növbədə onların müavinətləri orta hesabla 300 manata çatdırılmalıdır ki, həmin vəsait hesabına dava-dərmanını ala bilsin. İşləmə qabiliyyətini itirmiş əlillərin müavinətləri isə daha çox artırılmalıdr.

Üçüncüsü, əlilliyi olan şəxslərin dövlət təminatı, ölkənin ərazi bütövlüyü uğrunda əlil olan şəxslər evlə təmin edilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası, təhsili, peşə hazırlığı, məşğulluğu, müəssisələrdə əlillər üçün kvota müəyyn edilməsi ilə yanaşı, xüsusi iş yerlərinin yaradılması və sair bu kimi məsələlərin həllini sürətləndirməkdən ötrü etibarlı nəzarət mexanizminin yaradılmasına ehtiyac var. Yalnız bu yolla qanunvericilik sənədlərində öz əksini tapan mütəqəqqi məqamlar real həyatda da öz əksini tapıb, əlillərin vəziyyətini yaxşılaşdırılmasında mühüm rol oynaya bilər.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? - AÇIQLAMA
Gələn il ehtiyac meyarı artırılır -Kimlərə sosial yardım veriləcək?
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Saxta pul dövriyyəyə buraxanlar    həbs      edildi