Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14236
az

Ərdoğan ABŞ-ın ultimatumuna cavab verdi

21:2205 İyun, 2019
557
SİYASƏT
  • A
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) təzyiqlərinə baxmayaraq, S-400 Raket Əleyhinə Müdafiə (RAM) sistemləri almaq barədə Rusiya ilə bağlanmış sazişdən çıxmayacaq.
Virtualaz.org bildirir ki, Türkiyə lideri deyib: «Bizim sazişimiz var və o, hazırda reallaşır – biz, qəti fikirdəyik. S-400 almaqdan imtina etməyə hazırlaşmırıq».

Ərdoğan bir daha xatırladıb ki, Moskva özünün Raket Əleyhinə Müdafiə sistemlərinin satışı üzrə Vaşinqtonla müqayisədə daha sərfəli şərtlər təklif edib.

Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 kompleksi almaq arzusu onunla NATO üzrə müttəfiqləri və ABŞ arasında yaranmış fikir ayrılığının əsas mənbəyi sayılır. Buna görə, ABŞ Türkiyəni hətta sanksiyalarla hədələyir.

Bu gün isə ABŞ Türkiyəyə S-400 kompleksləri ilə bağlı ultimatum verib. Belə ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson Türkiyənin ABŞ-ın F-35 təyyarələrini əldə etməsi üçün Rusiyanın S-400 komplekslərindən imtina etməli olacağını bildirib.

O, iddia edib ki, Rusiya ABŞ və NATO-nun əsas rəqibi olduğu üçün onları zəiflətmək istəyir, bu üzdən Türkiyə ABŞ raketlərinə qarşı yaradılan silahlara malik olmamalıdır.

“Seçim sizindir. Ya birini, ya digərini seçməlisiniz”, – deyə o vurğulayıb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”
“Quska” Prezidentə müraciət etdi- İstintaq yeniləndi