Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14208
az

Azərbaycanda Ramazan bayramının VAXTI AÇIQLANDI

00:5805 İyun, 2019
776
  • A
Qonşu ölkələrdə Ramazan bayramının bu günə təsadüf etməsi səbəbindən bəzi şəxslər bayramın bu gün olduğunu, digərləri isə sabah bayram namazı qılınacağını deyir. Bu da insanlarda çaşqınlıq yaradıb.

Oxu24.com xəbər verir ki, Qafqaz Müsalmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA -ya açıqlamasında deyib ki, bir qrup adam hər il bu cür çaşqınlıq yaradır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə coğrafi en dairələrində müxtəliflik ola bilər: "Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq".

Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış şəkil dezinformasiyadır, 2007-ci ildə çəkilib: "Azərbaycanda Ramazan bayramı sabahdır. Ay bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək".

Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də, saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Xəzərdə suyun səviyyəsi ARTDI

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video