Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14199
az

Aygün Kazımova şərt qoydu:Zülfiyyə siyahıdan çıxarıldı,Briliantın yeri dəyişdirildi

19:5604 İyun, 2019
1050
  • A
 
Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova iyulda keçiriləcək "Jara" beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıblar.

Oxu24.com  Axşam.az-a istinadla xəbər verir ki, bir neçə həftə əvvəl adları açıqlanan ifaçıların eyni gündə - iyulun 26-da səhnəyə çıxacağı bildirilmişdi. İllərdir küsülü olan müğənnilərin eyni səhnəni bölüşəcəyi səs-küy yaratmışdı.
Bu gün isə festivalın proqramında dəyişiklik edildiyi açıqlanıb. Belə ki, Kazımovanın çıxış edəcəyi tarix dəyişdirilib. Aygün iyulun 26-da yox, iyulun 25-də "Jara"da sevənlərinin qarşısına çıxacaq.
Dadaşova isə iyulun 26-da festivalda mahnısını ifa edəcək. Bundan əvvəl "Jara"ya qatılacaq yerli müğənnilər arasında adı yer alan Xalq artisti Zülfiyyə Xanbabayeva isə siyahıdan çıxarılıb. Onun yerinə isə səhnəyə Əməkdar artist Miri Yusif çıxacaq.
Qeyd edək ki, "Jara" artıq dördüncü ildir Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir. Gecədə həmçinin Rusiyanın tanınmış incəsənət nümayəndələri çıxış edirlər.


{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki...
Bakıda toyda inanılmaz anlar: Qız  açıq-saçıq geyimdə

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı