Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14146
az

Azərbaycanda vəzifəli şəxslər həbs edildi

19:3403 İyun, 2019
825
KRİMİNAL
  • A
"Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid  Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Oxu24.com ONA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Məmmədov və R.Quluzadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub. Digər şəxslərə isə şərti cəza verilib.

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təqsirli bilmədiklərini deyiblər.

Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb