Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14141
az

“Belə olarsa, oruc qəbul olunmaz!” - Hacı Şahindən XƏBƏRDARLIQ

18:4003 İyun, 2019
660
CƏMİYYƏT
  • A
İyun ayının 5-6-ı müsəlman dünyası Ramazan bayramını qeyd edəcək. İyun ayının 5-i səhər saat 8-9 aralığında bayram namazı qılınmalıdır. Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Fitr bayramında oruc tutmaq haramdır.Bayram axşamı ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq yoxsul şəxslərə kömək məqsədilə fitrə zəkatı çıxarır.

Bəs fitrə zəkatını kimlər çıxarmalıdır və məbləğ nə qədərdir ?

Oxu24.com modern.az-a istinadən xəbər verir ki, bu mövzu ətrafında Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli modern.az-a açıqlama verib.

“Fitrə zəkatı bayram axşamından yəni iyunun 4-dən, bayram namazınadək yəni iyunun 5-i saat 8-9 aralığınadək ödənməlidir. Zəkat hər ailə üzvünə görə 3 kiloqram arpa, un, kişmiş, buğda, xurma, düyü və digər ərzaq məhsulları olaraq ödənməlidir. Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bu il orta məbləğ 5-10 manat ortasında müəyyənləşir. İmkanı artıq olan şəxslər ailə üzvlərinin sayına uyğun olaraq bu məbləği daha yüksək də edə bilər”.

İlahiyyatçı bildirir ki, fitrə zəkatının ödənməsi vacibdir, əks halda oruc qəbul olunmaz:

“Zəkatın verilməsi imkanı olan şəxslərə şamil edilir. Yəni günlük ehtiyaclarını qarşılaya bilən şəxslər bu zəkatı verməlidir. Maddi durumu yaxşı olmayan şəxslər bu zəkatdan azaddırlar. Uzunmüddətli borcu olan və onu hissə-hissə ödəmək imkanı olan şəxslər də zəkat verməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib