Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14129
az

Azərbaycanda polislər zəhərləndi

14:2403 İyun, 2019
479
KRİMİNAL
  • A
 
Ağcabədi rayonunda yanacaq doldurma məntəqəsində zəhərlənmə hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan  verilən xəbərə görə, gecə saat 01:00 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin anbarında iki nəfər qazdan zəhərlənərək huşsuz vəziyyətdə olub. Onlardan biri məntəqənin işçisi, digəri isə onu xilas etmək istəyən məntəqənin sahibi olub. Anbara daxil olmaq təhlükəli olduğundan ətrafdakı insanlardan yenidən anbara düşən olmayıb. Bu zaman ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları - polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər. Polis əməkdaşları zəhərli qazla dolu anbara daxil olaraq huşsuz halda yıxılıb qalan vətəndaşları oradan sağ-salamat çıxarıblar. Xilasetmə zamanı polis əməkdaşları özləri də zəhərləniblər. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda həm vətəndaşların həm də polis əməkdaşlarının vəziyyəti stabildir. Xilas olunanlar - Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək
Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat        qərarı        verdi
Goranboyda gənc oğlan       özünü       asdı

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək