Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14124
az

Bakıda polisə zəng gəldi:Getdikləri bağda gördüklərindən ŞOKa düşdülər

12:3703 İyun, 2019
1472
KRİMİNAL
  • A
 

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Baş Prokurorluq hadisə ilə bağlı açıqlama yaydı
Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
At oğruları tutuldu

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir