Bakıda xəstəyə çağrılan təcili yardım həkiminin daha bir biabırçı videosu yayılıb.
Oxu24.com-a daxil olan məlumata görə, Ələt qəsəbəsində yıxılaraq xəsarət alan qadının üstünə həkim çağrılıb. Həkim çağırışdan 1 saat sonra əraziyə çatıb. Ağır vəziyyətdə yerdə uzanan xəstənin təyziqi ölçülmədən ona bir neçə iynə vurulub. Xəstənin yaxınlarının verdiyi məlumata görə, Əfəndiyev adına 2 saylı xəstəxananın həkimi Elmar Əliyev yıxılaraq travma almış xəstəyə ard-arda iynələr vurub. Xəstə yaxınlarının sözlərinə görə, çağrışa gələn həkimə xəstəyə hansı iynələrin vurlduğunu soruşduqda həkim cavab verməkdə çətinlik çəkib. Məlum olub ki, həkimin qeydiyyat üçün resepti də yoxdur.Xəstənin yaxınları ondan resept tələb etdikdə o " atamın,anamın goru haqqı bunu da şoferdən aldım" cavabını verib. Həkim daha sonra "siz mənim qəsdimə durmusunuz"? cavabını verib.
Xəstə yaxınlarının iddiasına görə, həkim özündə olmayıb. Onlar təcili yardım həkiminin sərxoş olduğunu və bu səbəbdən də sözlərinə nizamsızlıq olduğunu güman ediblər. Videodan da görünür ki, həkimin geyimi səliqəsiz, danışığı isə bir qədər nizamsızdır.
Hadisə ilə bağlı vidoenu təqdim edirik: Oxu24.com
ŞƏRHLƏR